...

P.Semnebi: "Beynəlxalq Xəzər-Qafqaz komissiyası Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2007 14:05 (UTC +04:00)

Beynəlxalq Xəzər-Qafqaz komissiyası Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Bunu bu gün Novosti-Armeniə -ya müsahibəsində Avropa Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Bu komissiyanın tərkibinə çox təcrübəli insanlar, müxtəlif ölkələrin hökumət nümayəndələri daxildir. Hesab edirəm ki, komissiya bu məsələ ilə bağlı müəyyən ideya və təkliflər verə bilər. Mən bu komissiyanın təmsilçiləri ilə görüşmüşəm və onun yaradılmasını alqışlayıram",-deyə P.Semnebi söyləyib. Onun sözlərinə görə Komissiya Dağlıq Qarabağda faktların toplanması üçün missiya yaratmaq niyyətinədədir.Ancaq məsələ hələ müzakirə olunur və konkret səfər tarixi müəyyənləşdirilməyib.

Daha öncə isə Xəzər-Qaqaz komissiyasının sədr müavini, Ermənistan parlamentinin eks-spikeri, "Orinas-Erkir" partiyasının sədri Artur Baqdasaryan 2007-ci il ərzində Beynəlxalq Xəzər-Qafqaz komissiyasının təşəbbüsü ilə Dağlıq Qarabağa faktaraşdırıcı missiyaının göndəriləcəyini bildirmişdi. Hazırlanacaq məruzə isə Ankara, Tehran, Bakı, İrəvan, Tiflis, Moskva, Brüssel, Vaşinqton və Londonda keçiriləcək görüşlərdə müzakirə ediləcək.

Xəzər-Qafqaz komissiyası 2007-ci ilin fevral ayında yaradıılıb. Komissiyanın tərkibinə 14 ölkədən olan nümayənədələr daxildir və 4 istiqamətdə işləyir - Xəzər-Qafqaz regionunda demokratik islahatlar, dondurulmuş münaqişələr, energetika məsələləri və Avropa ilə münasibətlər. Xəzər-Qafqaz komissiyasının sədri Sloveniyanın xarici işlər naziri Dimitri Rupeldir. Artur Baqdasaryan və Türkiyə təmsilçisi Mustafa Aydın isə sədr müavinləridir.

Xəbər lenti

Xəbər lenti