...

Ermənistan XİN rəhbəri BMT-nin baş katibi ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2007 11:22 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Munla görüşüb. Mediamaks -a XİN-dən verilən məlumata əsasən, görüş Ermənistanın BMT-yə qəbul olunmasının 15-ci ildönümü günündə - martın 2-də baş tutub.

Pan Gi Munu BMT baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Vardan Oskanyan Ermənistanın beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü kimi fəaliyyət göstərməyə hazır olduğunu bəyan edib.

XİN rəhbəri qeyd edib ki, Ermənistan BMT-nin ölkədə fəaliyyət göstərən müxtəlif agentlikləri ilə fəal olaraq qarşılıqlı əlaqə saxlayır. Vardan Oskanyan deyib ki, BMT-nin insanlıq inkişafının İndeksi və minilliyn inkişaf Məqsədi Ermənistanın gələcək inkişafı üçün əsas istiqamətlərdən biridir.

Ermənistanın xarici işlər naziri və BMT baş katibi həmçinin Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Xəbər lenti

Xəbər lenti