...

Şuşa Rayon Polis Şöbəsi xeyli sayda silah-sürsat aşkar edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtərdə yerləşən Şuşa rayon Polis Şöbəsinin əhali arasında apardığı profilaktik tədbirlər nəticəsində sakinlərdən xeyli sayda silah-sursat yığılıb. Şuşa Rayon Polis Şöbəsinin rəisi Orduxan Kərimovun verdiyi məlumata görə, sakinlərdən bir ədəd 5, 44 kalibrli AK 74 avtomat silahı, 1 ədəd "Muxa" tipli qumbaraatan, 2 ədəd ov tüfəngi, 1 ədəd qaz tapancası, 1 ədəd F1 qumbarası və 2 mindən çox müxtəlif silah gülləsi yığılıb.

Qeyd edək ki, yığılan bütün silah-sürsatlar Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti