...

BBQ Avropa Proqramının rəhbəri: AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə ən yaxşı köməyi onun ATƏT-in Minsk Qrupuna üzvlüyü olardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2007 12:41 (UTC +04:00)
BBQ Avropa Proqramının rəhbəri: AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə ən yaxşı köməyi onun ATƏT-in Minsk Qrupuna üzvlüyü olardı

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ Trend in Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının rəhbəri Sabina Freyzerlə eksklüziv müsahibəsi

- Siz Dagliq Qarabag münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu mövzu bizim 2007-ci ilin ortalarinda ictimaiyyətə təqdim edəcəyimiz hesabatda geniş əksini tapacaq. Bizim bu hesabat üçün apardıgımız tədqiqatlar hələ davam etdiyinə görə mən indidən ATƏT-in Minsk Qrupunun fəaliyyətini qiymətləndirmək istəməzdim.

- Ermənistanda keciriləcək parlament seçkilərinin Dagliq Qarabag münaqişəsinin sülh yolu ilə həllinə hər hansı təsir göstərə bilərmi? Beynəlxalq Böhran Qrupunun (BBQ) nümayəndələri bu seçkiləri müşahidə edəcəkmi?

- Mən hesab etmirəm ki, Ermənistanda keciriləcək parlament seçkiləri Dagliq Qarabag münaqişəsinin həllinə ciddi şəkildə təsir edəcək. Amma hansi partiya və ya partiyaların seçkidə qalib gələcəyini və bu seçkidən sonra onların Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe numayiş etdirəcəklərini indidən söyləmək çox tezdir. Biz Azərbaycan, Ermənistan və Gürcüstanda baş verən bütün prosesləri daim müşahidə etdiyimizdən Ermənistanda keciriləcək parlament seçkilərini də müşahidə edəcəyik.

- Beynəlxalq Böhran Qrupu (BBQ) keçən il Cənubi Qafqazdakı münaqişələrin həllində Avropa Birliyinin hansi rolu oynaya biləcəyinə dair hesabat hazırlamışdı. Sizin fikrinizcə, AB Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa nə qədər önəm verir və ümumiyyətlə, təşkilatın regiondakı münaqişələrin həllində imkanları hansı dərəcədədir?

- Avropa Birliyi son illərdə, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın AB-nin Yeni Qonşuluq Siyasətinə (YQS) qoşulmasından sonra Cənubi Qafqazda daha aktiv fəalliyyət göstərməyə başlayıb. 2007-ci ildə AB Cənubi Qafqaz ölkələri ilə birlikdə Avropa Qonşuluq və Əməkdaşlıq Aləti (AQƏA) adlanan proqramın maliyyə yardımından yararlanmaq üçün layihələr hazırlamağa başlayacaq.

Budan əlavə, 2006-cı ildən başlayaraq AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebi də münaqişəylə bağlı məsələlərin həllində xüsusi fəallıq göstərir.

AB həmçinin son illardə regiondakı münaqişə ocaqlarına dair daha çox siyasi bəyanatlar verməyə başlamışdır. Ehtimal olunur ki, AB bölgədəki münaqişələrlə bağlı müxtəlif layihələr üçün Avropa Qonşuluq və Əməkdaşlıq Alətinin (AQEA) fondu tərəfindən maliyyə vəsaiti ayrılması üçün təşəbbüs göstərsin.

Bu baxımdan, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həllinə yardım məqsədilə Avropa Birliyinin güclü siyasi dəstək verməsi üçün Gürcüstan müvəffəqiyyətli lobbiçilik fəaliyyəti nümayiş etdirmişdir.

Ümumiyyətlə, AB-nin Cənubi Qafqazdakı münaqişələrin həlli üçün imkanları get-gedə daha da artır. Amma bu, heç də o demək deyil ki, AB siyasi bəyanatlar və layihələrin icrası yoluyla yardim göstərməkdənsə, hərbi gücdən istifadə edəcək.

Mən hesab edirəm ki, AB-nin Dağlıq Qarabağ münaqişəsinə ən yaxşı köməyi onun ATƏT-in Minsk Qrupuna üzvlüyü olardı.

- Beynəlxalq Böhran Qrupunun (BBQ) 2007-ci ildə Dağlıq Qarabağ münaqişəsinə dair illik hesabat hazirlayacağı bildirilir. Ümumiyyətlə, Qarabağa aid yeni hesabatınızla əvvəlki iki hesabatiniz arasında fərqlər nə olacaq?

Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağa dair illik hesabat hazırlamağı planlaşdırmır. İllik hesabat BBQ-nin 2006-cı ildə Avropada, Asiyada, Afrikada, Latın Amerikasında, Yaxın Şərqdə və Şimali Afrikada, ümumilikdə 50-yədək hazırkı və mümkün ola biləcək münaqişələr haqda yalnız bir informasiya toplusu olacaq.

BBQ-nin 2007-ci ilin ortalarinadək ictimaiyyətə təqdim edəcəyi hesabat ümumilikdə 2005-ci ildə hazirladığımız iki hesabatdan indiyədək keçən muddətdə Dağlıq Qarabağla baglı aparılan danışıqlar prosesini təhlil edəcək və yeni məlumatlandırma xarakteri daşıyacaq. 2005-ci ildən indiyədək danışıqların Praqa Prosesinin hansı nəticə hasil etdiyi və münaqişənin son kompromis həllinə hansı maneələrin olduğu hesabatın əsas məğzini təşkil edəcək.

- Sizin fikrinizcə, Cənubi Qafqazda münaqişələr ümumilikdə necə həll olunmalıdır?

Cənubi Qafqazda münaqişələrin həlli ücün bütün tərəflər danışıqlar ücün bir masa arxasında oturmalı və çətin kompromislərə hazır olmalıdırlar. Heç bir hökumət öz vətəndaşlarına münaqişələri tez bir zamanda hərbi yolla həll edəcəyinə söz verməməlidir. Əslində, hər iki münaqişə tərəfi üçün inam yaratma və insanlar arasında qarşılıqlı əlaqə yaranmasına böyük ehtiyac var. Bütün Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərin könüllü şəkildə müharibədən əvvəlki evlərinə qayıtması üçün imkanlar yaradılmalıdır. Hər iki tərəf inanmalıdır ki, müharibə etməkdənsə, münaqişənin həll olunmasından daha çox yararlanacaqlar, xüsusilə iqtisadi inkişaf və ticarət sahəsində. Əgər Cənubi Qafqaz regionu iqtisadi zona kimi fəaliyyət göstərərsə, o zaman daha çox xarici investor bu regionda işləməyə maraq göstərəcək.

Xəbər lenti

Xəbər lenti