...

Fransalı həmsədr Azərbaycan və Ermənistanda insanlara birgə yaşayış fikrinin təlqin edilməsi poblemini qeyd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 11:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye regiona səfər çərçivəsində Yerevan və Bakıda qaçqınların Dağlıq Qarabağa qayıtması məsələsini müzakirə edib.

Onun sözlərinə görə, Bakı və Yerevanda o, tərəflərin danışıqların davam etdirliməsində maraqlı olduğnu görüb.

Dünən mətbuat konfransında o, qeyd edib ki, bu proses müəyyən vaxt aparacaq.

Həmsədr qeyd edib ki, bunun üçün bir sıra şərtləri təmin etmək lazımdır. Həmçinin, Azərbaycan zəbt olunmuş ərazilərdə adminstrativ strukturlarının nümayəndəliklərini təşkil etməlidir. B.Fasyenin fikrincə, qaçqınların təhlükəsizliyi üçün bu ərazilərdə müəyyən müddət sülhməramlıların olması lazım olacaq.

Həmsədr Azərbaycan və Ermənistanda birgə yaşayış fikrinin təlqin edilməsində problemin olması ilə bağlı təəssüfünü bildirib.

O, qeyd edib ki, Yerevana qayıdır və martın 13-də Cenevrədə olacaq. Cenevrədə o, ATƏT-in Minsk qrupunun digər həmsədrləri, martın 14-də isə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti