...

Ermənistan XİN rəhbəri bəyan edib ki, "əgər Azərbaycan tərəfindən gözlənilməzlik olmasa",Cenevrə görüşünün nəticələri müsbət olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 14:17 (UTC +04:00)

Ermənistan XİN rəhbəri Vardan Oskanyan bu gün bəyan edib ki, "əgər Azərbaycan tərəfindən gözlənilməzlik olmasa",Cenevrədə iki ölkənin XİN rəhbərlərinin qarşıdan gələn görüşünün nəticələri müsbət olacaq.

Mediamaks -ın suallarına cavab verən Vardan Oskanyan etiraf edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrədəki görüşünü vasitəçilər xüsusi diqqətlə hazırlayır. Bunu ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin bu həftə Yerevana səfər etməsi və hazırda Bakıda olması faktı sübut edir. O, martın 12-də yenidən Ermənistan paytaxnıa gələcək.

Vardan Oskanyanın sözlərinə görə, bu cür fəallığın əsas xüsusiyyətlərindən biri "vasitəçilərin Ermənistanda parlament seçkilərindən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görürüşünü keçirməkdir". Nazir deyib ki, dövlət başçılarının qarşıdan gələn görüşünü "hədəf alan" vasitəçilər XİN rəhbərləri səviyyəsində bir sıra razılaşdırılmamış məsələləri həll etməyə çalışır.

Vardan Oskanyan Azərbaycan tərəfinin "Ermənistan danışıqlar prosesində bir addım geri atıb" bəyanatını "həqiqətə tamamilə uyğun olmayan" adlandırıb. Nazir qeyd edib ki, Ermənistan danışıqlarda müzakirə olunan sənədə sadiqdir və deyib ki, bu mövqeyini ABŞ dövlət katibi Kondaliza Raysla görüşdə də təsdiq edib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, "əgər Azərbaycanın sonuncu bəyanatı əldə olunmuş razılıqlardan imtina etmək və uğursuzluqda Ermənistan tərəfini günahlandırmaq məqsədi daşımırsa, Cenevrədəki görüşün müsbət nəticələr verəcəyinə ümid etmək olar".

Xəbər lenti

Xəbər lenti