...

Baş nazir Rəcəb Tayyib Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin istənilən həll yolu Azərbaycanın ərazi bütövlüyünə uyğun olmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2007 18:37 (UTC +04:00)
Baş nazir Rəcəb Tayyib Ərdoğan: "Dağlıq Qarabağ münaqişəsinin istənilən həll yolu Azərbaycanın ərazi bütövlüyünə uyğun olmalıdır"

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Trend in eksklüziv müsahibəsi

- Cənubi Qafqazda enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycanın güclənən mövqeyini nəzərə alsaq, rəsmi Ankara burdakı güc mərkəzinin sonrakı mövqeyini necə qiymətləndirir?

- Türkiyə və Azərbaycanın əlaqələri ən yüksək səviyyədədir. Azərbayacan müstəqillik əldə edəndən bəri Türkiyə öz həmrəyliyini nümayiş etdirir və bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək. Ölkələr arasında mövcud olan yaxın əlaqələr həmçinin ticari-iqtisadi əməkdaşlıqla daha da möhkəmlənib.

Regional əməkdaşlıq layihələri, heç şübhəsiz ki, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin daha da yüksəldilməsində mərkəzi yerdə durur. Bunun fonunda Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əlaqlərdə nəzərəçarpacaq dərəcədə irəliləyiblər. Buna sübut olaraq Bakı-Tiflis-Ceyhan neft kəmərini, Bakı-Tiflis-Ərzurum qaz kəmərini və Bakı-Tiflis-Qars dəmiryol layihələrini misal göstərmək olar. Sərhədlərin modernləşdirilməsi və yolların yenidən qurulması kimi bir çox başqa layihələr də planlaşdırmışıq.

Qeyd etmək lazımdır ki, bizim planlaşdırdığımız və Azərbaycanla birgə həyata keçirdiyimiz ikitərəfli və regional layihələr yalnız ölkələrimizin siyasi və iqtisadi üstünlüyünün təmin olunmasına deyil, eyni zamanda təhlükəsizlik, sülh və çiçəklənmə üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir.

- Ermənistan və müxtəlif ermənipərəst dairələr həmişə Türk xalqının şanlı tarixini ləkələmək məqsədilə 1915-ci il qondarma "erməni soyqırımı" məsələsini qaldırılar. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, əarazi işğalı davam etməkdədir. Bundan sonra Türkiyə erməni təbliğatını dəf etmək üçün hansı addımları atmaq niyyətindədir, həmçinin sizin hökumətiniz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bundan sonra hansı dəstəyi göstərməyə hazırdır?

- Müəyyən erməni dairələri 1915-ci il hadisələrinin üçüncü dövlətlər tərəfindən tanınması kimi əsassız tələbləri istiqamətində fəaliyyətlərini genişləndiriblər. Biz hesab edirik ki, tarix tarixçilərin mühakiməsinə verilməlidir. Buna görə qeyd etmək istəyirəm ki, Osmanlı arixivləri, həmçinin hərbi və birbaşa araşdırma mənbələri uzun müddət tanışlıq üçün açıq qaldı.

2005-ci ildə biz Ermənistana Türkiyə, Ermənistan və üçüncü ölkələrin arxivlərində işləmək üçün tarixçi və mütəxəssislərdən ibarət birgə komissiya yaratmağı təklif etdik ki, daha sonra əldə olunmuş nəticələr beynəlxalq ictimaiyyətə çatdırılsın.

Ermənistan tərəfindən bu təkliflə bağlı heç bir müsbət cavab ala bilmədik.

Bu tarixi təklif üçün biz dost ölkələrdən dəstək gözləyirik.

Türkiyə əmindir ki, Cənubi Qafqazdakı dondurulmuş münaqişələr regionda sülh və stabilliyin əldə olunması istiqamətindəki nailiyyətləri sarsıdır.

Dağlıq Qarabağ münaqişəsini həll etməyin və erməni hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən geri çağırmağın vaxtı çoxdan çatıb. Xüsusi əhəmiyyət vermək lazımdır ki, istənilən həll zamanı Azərbaycanının ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.

Bizim daim diqqətimizi tələb edən köçürülmüş şəxslərin geri qaytarılması təxirəsalınmaz humanitar bir məsələ hesab olunur və təcili həll olunmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il həm beynəlxalq ictimaiyyət, həm də bizim tərəfimizdən "imkanlar pəncərsi" kimi dəyərləndirilirdi. Ancaq təəssüflə qeyd etməliyik ki, gücləndirilmiş səylər uğurla nəticələnmədi. Beynəlxalq ictimaiyyət Ermənistandan tələb etməlidir ki, öz qonşuları ilə münasibətdə beynəlxalq hüquqa və konstruktiv siyasətə arxalansın. Türkiyə də öz növbəsində münaqişənin həlli istiqamətində Azərbaycan üçün məqbul olan bütün hallarda öz köməyini göstərəcək.

- Azərbaycanda bizim ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş türk əsgərlərinə bir neçə abidə ucaldılıb. Bəs siz Çanaqqala döyüşlərində canından keçmiş azərbaycanlı könüllülərin xatirəsinin əbədiləşdirilməsi məsələsinə necə yanaşırsınız?

- Bizim Azərbaycanla olan əlaqələrimiz və birliyimiz son dərəcədə güclüdür. Dilimiz, dinimiz birdir və bizi ümumi mədəni və tarixi bağlar birləşdririr. Buna görə də Çanaqqala döyüşündə şəhid olan azərbaycanlı könüllülərin olması heç kəs tərəfindən təəccüblə qarşılanmamalıdır. Biz hesab edirik ki, azərbaycanlı şəhidlər öz vətənini qoruyarkən həlak olmuş minlərlə türk kişi və qadınından fərqlənmir. Onlar 1918-ci ildə Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun əsgərləri kimi Çanaqqala hərbi qəbiristanlığında və bizim qəlblərimizdə öz əbədi rahatlıqlarını tapıblar.

- Türkiyə hökuməti ölkələrimiz arasındakı əmtəə dövriyyəsinin hazırkı səviyyəsindən nə dərəcədə razıdır? Nəyin hesabına bunu artırmaq mümkündür?

- Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarət durmadan artır. 2003-cü ildə bu, təqribən 40% qalxaraq, 2006-cı ildə 1,025 mlrd. dollara çatıb. Azərbaycandan Türkiyəyə neft, neft məhsulları və digər malların idxal olunması əmtəə dövriyyəsinin həcminin artmasında mühüm rol oynayır. Ölkələr arasında ticarətin sürətlə artmasına baxmayaraq, bu, mövcud potensialdan, imkanlardan aşağı səviyyədədir. Mən əminəm ki, uzun illər ərzində Türkiyə ticarətdə Azərbaycan üçün birinci tərəfdaş olacaq. Bunun üçün aşağıdakı addımları atmaq lazımdır: ticarət obyekti olan məhsulların modifikasiyası, ikitərəfli ticarətin mərhələ-mərhələ liberallaşdırılması, nəqliyyat strukturunun yaxşılaşdırılması və gömrük qaydalarının sadələşdirilmsəsi. 2006-cı ildə mühüm bir mexanizm hesab olunan Türkiyə-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyası Bakıda 4-cü sessiyasını keçirdi. Bu görüş əmtəə dövriyyəsini artıra biləcək qərarların qəbul olunması imkanlarını göstərdi. Biz iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün birgə səylərimizi gücləndirməliyik.

- Azərbaycan, Gürcüstan və Türkiyə 3 iri regional layihə - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars üzrə birgə və uğurlu əməkdaşlıq edir. Bu 3 ölkə tərəfindən əməkdaşlığı gücləndirmək və yeni layhələr həyata keçirmək istiqamətində növbəti addımlar nədən ibarət ola bilər? Beynəlxalq siyasətdə bu arqumentlərin təsirli istifadəsi üçün ölkələr əsasən hansı istiqamətdəki səylərini birləşdirməlidirlər?

- Ölkələrimiz arasında regional layihələrin həyata keçirilməsinə ən bariz nümunə Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri ola bilər. Ancaq biz bununla kifayətlənməməliyik. Enerji sahəsinin inkişafı bir daha mənbələrin və daşınmanın diversifikasiyasının vacibliyini göstərdi. Bu məsələdə Azərbaycan və Gürcüstanın üzərinə düşən qlobal və regional enerji təhlükəsizliyi məsələsi daha çox hissolunandır.

Son hadisələr göstərir ki, Transxəzər qaz layihəsi mühümdür və tez bir zamanda baş tutmalıdır. Azərbaycanla birgə biz də bu layihənin həyata keçirilməsinə çalışmalıyıq. Bu layihə türkmən və qazax qazının qərb bazarlarına çıxarılmasını təmin edəcək ki, burada da Azərbaycan və Türkiyənin beynəlxalq enerji təhlükəsizliyində rolunun güclənməsinə səbəb olacaq. Bu layihə baş tutandan sonra Şərq-Qərb dəhlizinin yaradılması sona çatacaq.

Digər tərəfdən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmiryol layihələri ancaq iqtisadi məsələr üçün əhəmiyyətli deyil, onlar Asiya və Avropa arasında mədəni körpünün əsasını qoyur.

Azərbaycan, Türkiyə və Gürcüstanın 7 fevral 2007-ci ildə imzaladıqları hökumətlərarası saziş bu mühüm layihənin həyata keçirilməsi istiqamətində ciddi bir addım idi. Bu ilin yayında yeni dəmir yolunun özülü qoyulacaq.

Bu əhəmiyyətli layihələrin reallaşdırılması bütün regionda stabilliyə və çiçəklənməyə gətirib çıaxaracaq. Eyni zamanda biz bunun dünya ictimaiyyətinə çatdırılması üçün öz qüvvələrimzi səfərbər etməliyik.

-Türkiyə Azərbaycanda neft sektorunun inkişafına investisiya yatırmağa hazırdırmı və konkret hansı sahələr sizi maraqlandırır?

- Müstəqillik əldə edən ilk günlərdən Türk sahibkarları Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərərək, firmalar açaraq bununla da Azərbaycanın bazar iqtisadiyyatına rəqabətlilik və azadlıq gətirirlər. Bu gün neft sektoru da daxil olmaqla Azərbaycan iqtisadiyatının müxtəlif sahələrində Türk investisiyalarının həcmi 2,5 mlrd. dollarta çatır. Bu da 45%-lik payla Türkiyəni neft sahəsində ən vacib xarici investorlardan biri edir.

Bizim əsas məqsədimiz iri türk şirkətlərinin Azərbaycana yönələn birbaşa investsisiyalarının sayını artırmaqdır. İslahatlar, Azərbaycan isnvestisiya mühütünün yaxşılaşdırılıması bu məqsədlərə xidmət edir. Türk şirkətləri Azərbayacan iqtisadiyyatının diversifikasiyasında, kənd təsərrüfatı və qida sənayesinin investisiyalaşmasında əhəmiyyətli rol oynaya bilər. Həmçinin bizim şirkətlərimiz hələ Sovet İttifaqı dövründə quraşdırılmış sənaye avadanlığının modernləşdirilməsində də yatırımlar edə bilər.

İş adamları və iki ölkə arasında intensiv dialoq qarşılıqlı investisyaların inkişafında açar rolunu oynayacaq. Buna görə də daha da fəal işləməli olan Turkish-Azerbaijan Business Council mühüm element hesab olunur.

Mən əminəm ki, yaxın gələcəkdə özəl sektora stimul və əlverişli iş mühiti verən həm Türkiyənin Azərbaycandakı, həm də Azərbaycanın Türkiyədəki investisiyaları nəzərə çarpacaq dərəcədə artacaq.

Xəbər lenti

Xəbər lenti