...

Dağlıq Qarabağ Avropadakı problemli bölgələrin siyahısına salınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2007 11:24 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Avropa Şurasında Siyasi İşlər və Hüquqi İşlər Komitələrinin növbəti iclasları olub. İclaslarda Azərbaycanın AŞPA üzrə nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva da iştirak edib.

Trend ə eksklüziv müsahibə verən xanım Hacıyeva, komitə iclaslarında gedən müzakirələr barədə məlumat verib.

İclaslarda Azərbaycanla bağlı məsələlərdə öz fikrini bildirdiyini qeyd edən Hacıyeva, müzakirələrin ümumilikdə müsbət halda keçdiyini ifadə edib.

Hacıyevanın bildirdiyinə görə, iclaslarda Avropadakı demokratik vəziyyət, insan hüquq və azadlıqları ilə bağlı geniş müzakirələr aparılıb.

Daha sonra Avropadakı "qara nöqtələr" adlanan problemli ərazilərin müzakirəsinə başlanılıb. Problemli ərazilər siyahısında Dağlıq Qarabağ ərazisinin yer almamasına etiraz edən Hacıyeva, bu ərazinin də Avropadakı problemli bölgələrdən biri olduğunu vurğulayaraq siyahıya salınmasını təklif edib. İclas iştirakçılarının səs çoxluğu ilə təklif qəbul olunmaqla Dağlıq Qarabağ ərazisi də bu siyahıya daxil edilib.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel də Qarabağın nəzarətsiz zonalardan biri sayılmasıyla bağlı fikrini bildirib.

Xəbər lenti

Xəbər lenti