...

Rafael Hüseynov: "Ermənistan AŞPA məruzəçisinin bölgəyə səfərinə yenə mane oldu"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət məsələləri daimi Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, Böyük Britaniyadan olan deputat Eduard Oharanın bölgəyə səfərinə mane olur. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.

Ohara Cənubi Qafqazın hər üç ölkəsinə - Azərbaycan, Gürcüstan və Ermənistana səfər etməlidir. Məruzəçi eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində də motinorinq aparmalı və Dağlıq Qarabağa səfər etməlidir.

R.Hüseynov deyib ki, Ermənistan bu səfərə mane olduğuna görə Eduard Oharanın bölgəyə gəlməsi növbəti dəfə təxirə salınıb. Oharının Cənubi Qafqaz bölgəsinə səfəri martın 15-nə qədər baş tutmalı idi.

Xəbər lenti

Xəbər lenti