...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2007 13:17 (UTC +04:00)

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupu çərçivəsində fəal iştirak edir. Bu barədə Yerevanda RF-nin Ermənistandakı səfiri Nikolay Pavlov mətbuat konfransında bəyan edib. Bu barədə Panarmenian məlumat verib.

Onun sözlərinə görə, regiona ABŞ və Fransadan olan həmsədrlər gəlir, burada qeyri-adi heç nə yoxdur. "Həmsədrlər kimin gəlməsini özləri müəyyən edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və münaqişənin tezliklə həll olunmasına ümid edir", - deyə Nikolay Pavlov qeyd edib.

Xəbər lenti

Xəbər lenti