...

Ermənistanın müdafiə naziri 2007-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərinin razılaşdırılmasına şübhə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Mart 2007 13:34 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Serj Sarkisyan 2007-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərinin razılaşdırılmasını şübhə altına alıb. ARKA-nın yaydığı məlumata görə, nazir: "Nə beynəlxalq vasitəçilər, nə müxtəlif ölkələrin nümayəndələri, nə də biz heç vaxt deməmişik ki, 2007-ci ildə bu problem həll oluna bilər. Söhbət prinsiplərdən gedir",-deyə hərbiçi ailələri və Kanaker-Zeytun erməni icmasının Ermənistan Respublikaçılar Partiyasının fəalları ilə görüşü ərəfəsində bildirib.

Onun sözlərinə görə, əgər bu prinsiplər razılaşdırılsa belə, problemin həlli üçün illər tələb olunur. "Mən 2007-ci ildə bu prinsiplərin hrazılaşdırılacağına biraz şübhə edirəm. Problemin sülh yolu ilə həllində optimist olsam da, hesab etmirəm ki, bu məsələ bugünün və sabahın işidir",-deyə Sarkisyan söyləyib.

Xəbər lenti

Xəbər lenti