...

Sergey Mironov:2007-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq gətirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2007 15:31 (UTC +04:00)
Sergey Mironov:2007-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq gətirməlidir

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/2007-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tam olmasa da, bəzi razılıqlar gətirməlidir. Bu barədə Rusiya Federasiya Şurasının rəhbəri Sergey Mironov Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti ilə görüşdə bəyan edib.

Onun sözlərinə görə, Rusiya ATƏT Minsk qrupunun həmsədri kimi Azərbaycan və Ermənistanın öz aralarında münaqişənin həlli ilə bağlı razılıq əldə edəcəyi təqdirdə zamin kimi çıxış etməyə və razılaşmaların reallaşdırılmasına təşəbbüs göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti