...

Türkiyəli millət vəkili: "Türkiyə parlamenti azərbaycanlıların soyqırımının tanınması barədə qərar çıxaracaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyə parlamenti yaxın illərdə 31 mart - Azərbaycanlıların soyqırımı və Xocalı soyqırımını rəsmən tanıyacaq. Bu barədə Türkiyənin hakim partiyasından (AKP) olan millət vəkili Müzəffər Gülyurd açıqlama verib.

31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı Bakıda keçirilən tədbirlərdə iştirak edən türkiyəli deputat bildirib ki, ölkəsinin bu soyqırımı tanıması üçün Türkiyə Böyük Millət Məclisində məsələ qaldıracaq: "Böyük Millət Məclisində gündəmdən kənar çıxış edərək bu hadisələr barədə çatdıracaq, soyqırımın tanınmasını təklif edəcəyəm. Partiya liderlərinin, millət vəkillərinin müəyyən etdiyi bir vaxtda parlament bu barədə qərar çıxaracaq".

Millət vəkilinin sözlərinə görə, Türkiyə azərbaycanlılarla bağlı soyqırımları dövlət səviyyəsində tanımaqdan çəkirmir və ehtiyatlanmır: "Biz özümüz də belə soyqırımlara məruz qalmışıq. Biz ermənilərin Türkiyəyə qarşı iddia etdiyi sözdə "soyqırım"ın baş vermədiyini, bunun yalan olduğunu daim bəyan edirik. Azərbaycanlıların ermənilər tərəfindən 1918-ci ildə soyqırıma məruz qaldığını, Xocalı qətliamını xarici ölkələrdə, beynəlxalq qurumlarda keçirdiyimiz rəsmi görüşlərdə diqqətə çatdırırıq"-deyə türkiyəli millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti