...

Kəlbəcərin işğalının 14-cü ildönümü qeyd olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Kəlbəcərin işğalının 14-cü ildönümü ilə əlaqədar bazar ertəsi Bakıda Şəhidlər Xiyabanı ziyarət olunub. Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları, qaçqın və məcbüri köçkünlər, keçmiş döyüşçülər Azərbaycanın ərazi bütövlyü uğrunda canlarından keçən şəhidlərin ruhunu yad edib, məzarlarına gül-çiçək dəstələri qoyublar.

Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar QAT-ın yaydığı bəyanatda bildirilir ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların vasitəçiliyindən imtina etməli, hərbi yolla torpaqlarını özü azad etməlidir. QAT erməni işğalına son qoyulmasına nail ola bilməyən beynəlxalq qurumları ermənipərəst, qeyri-obyektiv mövqe tutmaqda ittiham edib.

1992-ci ildə Kəlbəcərin müdafiəsiz qaldığı zaman 511 nəfər yerli sakin ermənilər tərəfindən qətlə yetirilib, 321 nəfər əsir və girov götürülüb, 13 min yaşayış evi, 500-dən çox ictimai bina, 76 səhiyyə müəssisəsi, 172 mədəniyyət obyekti, 4 tarixi abidə məhv edilib.

Xəbər lenti

Xəbər lenti