...

Rusiya XİN başçısı Qarabağ münaqişəsini nadir problem hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2007 19:04 (UTC +04:00)
Rusiya XİN başçısı Qarabağ münaqişəsini nadir problem hesab edir

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Qarabağ münaqişəsinin nadirlik statusuna iddia etdiyini hesab edir.

"Bu, əməli fəaliyyətdə yeganə münaqişədir ki, Rusiya, Aİ və ABŞ-ın maraqları biri-birinə və hətta tərəflərin marağına zidd deyil", - deyə Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın da iştirak etdiyi mətbuat konfransında bildirib.

ARKA məlumat verir ki, rusiyalı nazir ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlər paketinə digər münaqişələr üzrə tərəflərin həsəd apara biləcəyini söyləyib.

"Vasitəçilər nəinki vahid prinsip müəyyən edirlər, hətta tənzimləmənin ən konkret detallarında belə həmrəydirlər. Vasitəçilərin bu cür həmrəyliyi heç bir başqa münaqişədə yoxdur. Ona görə ümid edirik ki, yaxın gələcəkdə Bakı və İrəvanı, həmçinin əvvəllər və indi "DQR"də yaşayanları razı salacaq razılıq əldə olunacaq",-deyə o bildirib.

Lavrov qeyd edib ki, münaqişədə son sözü Azərbaycan və Ermənistan rəhbərliyi deyəcək. "Biz İrəvan və Bakının prezident və XİN rəhbərləri səviyyəsində danışıqlar aparmaq səyini yüksək qiymətləndiririk", - deyə o söyləyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, həmsədrlər öz funksiyalarına qayğı ilə yanaşırlar.

Öz növbəsində Ermənistan xarcici işlər naziri Vardan Oskanyan bildirib ki, hər bir münaqişənin öz xüsusiyyətləri var. "Bu gün digər münaqişələrin, xüsusən də Kosovonun necə həll olunmasından asılı olmayaraq, Qarabağ öz müqəddəratını həll etmə yolu ilə hərəkət edir", - deyə Oskanyan bəyan edib.

Qeyd edək ki, Ruysiya XİN rəhbəri Sergey Lavrov aprelin 3-də Ermənistana ikigünlük rəsmi səfərlə gəlib. Səfər çərçivəsində onun Ermənistan prezidenti Robert Köçəryan, bütün ermənilərin katalikosu ikinci Qareginlə görüşü planlaşdırılıb. Rusiya XİN nümayəndələri qondarma "erməni genosidi" qurbanlarının xatirə kompleksinə əklil qoyacaq. Aprelin 4-də Lavrov çıxışının planlaşdırıldığı Ermənistan dövlət universitetinə gedəcək.

Xəbər lenti

Xəbər lenti