...

Azərbaycanın erməni əsilli vətəndaşları seçkilərdə iştirak etmək istəyirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ İşğal altında olan ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ölkədə keçirilən seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edirlər. Bu barədə cərşənbə axşamı Trend ə açıqlamasında MSK katibi Natiq Məmmədov məlumat verib.

Komissiya nümayəndəsinin dediyinə görə, muraciətlər qeyri-rəsmidir. Qurumdan müraciət edənlərin sayı və şəxsiyyəti ilə bağlı məlumat verilmir. N.Məmmədov hesab edir ki, həmin ərazilərdə vətəndaşlar zorakılıqla üzləşdiyindən öz seçki hüquqlarından istifadə edə bilmirlər.

Azərbaycanın işğal altında olan ərazilərində seçicilərin seçki siyahısına salınması üçün MSK-nın müvafiq beynəlxalq təşkilatlara müraciətinə də hələlik cavab gəlməyib. MSK katibi hesab edir ki, erməni əsilli seçicilərin müəyyənləşdirilməsi üçün beynəlxalq qurumlar kömək göstərə biləcək.

Seçici siyahılarındakı son statistik rəqəmlərə görə, Azərbaycanda beş milyona yaxın seçici qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti