...

ABŞ dövlət katibinin müavini Dağlıq Qarabağ nizamlanmasında "müəyyən irəliləyiş"i qeyd edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2007 14:28 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini Dağlıq Qarabağ nizamlanmasında "müəyyən irəliləyiş"i qeyd edir

Azərbaycan, Bakı /müx. " A.Qasımova/ ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Deniel Frid bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən irəliləyiş əldə olunub. Vaşinqtonda postsovet ölkələrindən olan jurnalistlərlə görüşdə çıxış edən Frid qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi barədə gün boyu danışmaq olar, lakin bu məsələdə əsas odur ki, sülh razılaşması əldə edilsin.

"Biz bu münaqişənin həlli ilə bağlı Fransa və Rusiya ilə aktiv iş aparırıq. Bizdə artıq müəyyən irəliləyiş var və bu il müvəffəqiyyətlər əldə edəcəyimizə ümid edirik" - deyən amerikalı diplomat bununla yanaşı əlavə edib ki, hərbi əməliyyatların bərpası Azərbaycanın əldə etməyə çalışdığı hər şeyi dağıda bilər.

Frid həmçinin bildirib ki, Azərbaycan demokratiya sahəsində tərəqqi əldə edib. "Lakin eyni zamanda düşünürəm ki, daha artığını qazanmaq lazımdır. Azərbaycan rəhbərliyi ölkəni çiçəklənən və demokratik gələcəyə çıxarmaq niyyətindədir və mən ümid edirəm ki, bu, belə də olacaq" - deyə o bildirib.

Fridin sözlərinə görə, güclü dövlət güclü azad mətbuata, müxalifətə və mərkəzi institutlara malik olmalıdır. Onun fikrincə, iqtisadiyyatdakı fərqlərə baxmayaraq həm Azərbaycanın, həm Ermənistanın 21-ci əsrdə müvəffəqiyyətlər qazanmaq imkanı var.

Xəbər lenti

Xəbər lenti