...

Ermənistan XİN başçısı: "Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə hələ bu qədər yaxın olmayıblar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Dağlıq Qarabağ münaqişəsi öz həllinə yaxındır və Ermənistan ATƏT-in Minsk qrupunun təklif etdiyi sülh planı üzərində işləyəcək. Bu sözləri dünən Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən Ermənistan xarici işlər naziri Vardan Oskanyan deyib.

ATƏT-in yaydığı məlumata əsasən, erməni naziri qeyd edib ki, tərəflər münaqişənin həllinə yaxınlaşa bilərlər. "Mən 9 il nazir olmuşam, nazir olmamışdan 5 il əvvəl isə Qarabağ probleminin nizamlanması üzrə əsas vasitəçi olmuşam və problemin çözümü ilə bağlı irəli sürülən bütün təklifləri görmüşəm. Bu səbəbdən də sizi əmin edə bilərəm ki, hələ ki, biz münaqişənin həllinə belə yaxın olmamışıq" - deyə o vurğulayıb.

Oskanyan bildirib ki, Vyanadan Belqrada Azərbaycan xarici işlər naziri ilə danışıqlara yollanmaq niyyətindədir. Onun sözlərinə görə, ATƏT-in sənədində əks olunan hər bir prinsipə verilən istənilən vədi dəstəkləməyə hazırdır. "Biz heç vaxt bu vəddən imtina etmərik və öz mövqeyimizi müdafiə etməkdə davam edəcəyik" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti