...

AŞ Nazirlər Komitəsinin sədri: "Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"qəbuledilməz haldır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2007 12:31 (UTC +04:00)
AŞ Nazirlər Komitəsinin sədri:         "Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"qəbuledilməz haldır"

Fransa, Strasburq / Trend müxbir E.Məcidli/ Avropa Şurasının Nazirlər Komitəsinin sədri, San-Marino xarici işlər naziri Fiorenzo Stolfi Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ni qəbuledilməz hal adlandırıb. AŞPA-nın iclasında komitəyə ünvanlanan müraciət və suallara cavab verərkən o, Avropa Şurasına üzv bir dövlətin işğal olunmuş ərazisində hər hansı bir seçkinin keçirilməsinin qeyri etik və heç bir beynəlxalq normaya siğmadığını söyləyib. Stolfi bu məsələylə bağlı daha çox çalışmaq gərəkdiyini ifadə edib.

Bu sözləri Stolfi deputat Qənirə Paşayevanın Azərbaycanin Dağlıq Qarabağ reqionunda iyulun 19-da keciriləcək qondarma prezident seçkilərinin Azərbaycan və Ermənistan arasında davam edən həssas danışıqlar prosesinə mənfi təsir göstərəcəyi və ümümiyyətlə, AŞ Nazirlər Komitəsinin bütünlükdə Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına əngəl törədən bu addımların, qondarma və qanuna zidd seçkilərin keçirilməsinin qarşısını almaq üçün hansı addımları atdığı və atacağı mövzusunda müraciətinə cavab olaraq səsləndirilib.

Daha sonra söz alan Qənirə Paşayeva, Fieronzo Stolfiyə digər sualla müraciət edib. Sualında beynəlxalq nəzarətdən kənarda olan zonalar probleminin həlli istiqamətində Avropa Şurasının fəaliyyətinin nə qədər yetərli olduğunu və Avropa Şurasının bu problemlərin həllində nə qədər fəal rol oynamasını ifadə edib. AŞ Nazirlər Komitəsinin başçısı, Avropa Şurasının bu cür məsələlərdə daha fəal olmasının vacibliyini vurğulayıb. Avropa Şurasının bu məsələlərə xüsusi diqqətlə yanaşdığını söyləyən Stolfi, bu problemlərin həlli yolunda AŞ-nin fəaliyyətini daha da artırmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti