...

Səfir: Küveytin Dağlıq Qarabağa dair mövqeyi dəyişilməz olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2007 16:20 (UTC +04:00)
Səfir: Küveytin Dağlıq Qarabağa dair mövqeyi dəyişilməz olaraq qalır

Azərbayacan, Bakı/ Trend müxbir S.Ağayeva/ Küveyt Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir və gələcəkdə də bunu davam etdirəcək. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allah Şükür Paşazadənin Küveytə rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə bu ölkənin rəsmi şəxsləri bildirib. Bu barədə cümə axşamı Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev telefonla müsahibəsində bildirib.

Görüşlərdə Küveyt rəhbərliyi ilə erməni təcavüzü nəticəsində öz doğma yurdlarından qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti müzakirə olunub. Tərəflər həmçinin sivilizasiyalararası dialoq, Azərbaycan və Küveyt arasında əməkdaşlıq perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Səfər zamanı Şeyxülislamı Ümumgürcüstan patriarxı II İliya, Xəzəryanı və Bakı yeparxiyasının yepiskopu Aleksandr Ata müşayiət edir. Azərbaycan diplomatik nümayəndəliyinin rəhbəri bildirib ki, Küveytin dini liderləri ilə görüş zamanı qloballaşmanın milli dəyərlərə təsirinin neytrallaşdırılması məsələləri də müzakirə olunub.

Qafqazın dini liderlərinin səfəri bu gün sona çatır. Nümayəndə heyəti vətənə cümə günü dönəcək.

Xəbər lenti

Xəbər lenti