...

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın sərhəd ərazilərində təhlükəsiz uşaq meydançaları qurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanın sərhəd, eləcə də minaların mövcud olduğu digər rayonlarında insanların təhlükəsizliyini təmin etmək 15 təhlükəsiz uşaq meydançası quraraq istifadəyə verib. Bu barədə cümə axşamı BQXK-nin Bakı Nümayəndəliyinin fəaliyyəti ilə bağlı Xanlar rayonu ərazisində keçirilən toplantıda məlumat verilib. Həmin ərazilər minalardan təmizlənib və xüsusi ərazi kimi hasara alınıb.

Qurum təmsilçisi Rəşad Axundov bildirib ki, bu il Qazax və Tovuz rayonlarında daha10 uşaq meydançasının qurulması nəzərdə tutulur. Axundov həmçinin Qazax rayonunun Məzəm kəndinə su çəkilməsi məsələsinin araşdırıldığını da bildirib.

Xəbər lenti

Xəbər lenti