Azərbaycan, Baku /müx. Trend A.Qasımova/ ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməz olaraq qalır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormakın bəyanatında bildirilir. Bəyanat bu gün Dövlət Departamentinin saytında yerləşdirilib.
"ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında keçirilən danışıqlar vasitəsi ilə müəyyənləşdirilməlidir" - deyə Makkormak bəyan edib.