...

Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəmiloğlu / Ermənistan Silahlı Qüvvələrinin dünən axşam saatlarında Tərtərin işğal altında olan Karmirovan kəndindən üzbəüzdəki Azərbaycan mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri yaralanıb.

Məlumatı təsdiqləyən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Azərbaycan Milli Ordusunun yaralanan əsgəri 1987-ci il təvəllüdlü Ceyhun Bağırovdur və Şəmkir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Məlumata görə, əsgər hərbi hospitala yerləşdirilib və vəziyyəti normaldır.

Xəbər lenti

Xəbər lenti