...

ATƏT PA sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəsi açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2007 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ ATƏT Parlament assambleyasının prezidenti, isveçli deputat Qoran Lenmarkerin Dağlıq Qarabağ məsələsi üzrə məruzəsi açıqlanıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Məruzədə bildirilir ki, münaqişə güc siyasəti və ikili standartlarla deyil, beynəlxalq hüquq normaları və Avropa dəyərləri əsasında həllini tapmalıdır. " Münaqişələrin insan hüquqlarıa hörmətə əsaslanan həllinə dair Avropa modeli Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə kömək edə bilər".

Əəvvəlki hesabatda fərqli olaraq bu dəfə Lenmarker Azərbaycanın əhəmiyyətli bir hissəsinin işğal olunduğunu, milyona yaxın insanın qaçqın və köçkün olduğunu vurğulayıb. Qarabağ problemini "keçmişdəçn qalan vərəsə" adlandıran məruzəçi qeyd edir ki, tərəflər tarixi reallıqların bir daha təkrar olunmayacığına əmin olmalıdır. O, Ermənistanın əsas narahatlığını milli təhlükəsizlik məsələləri ilə bağlıyır. Azərbaycanı isə ədalətsizliuk narahat edir, ölkə ictimaiyyəti özünü təcavüzün qurbanı hesab edir.

Xəbər lenti

Xəbər lenti