...

Ermənilər tərəfindən yaralanmış Ağəli Alışovun vəziyyəti orta ağır qiymətləndirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2007 15:46 (UTC +04:00)

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Ermənilər tərəfindən yaralanmış Ağəli Alışovun vəziyyəti orta ağır qiymətləndirilir. Bu barədə Trend in xüsusi müxbirinə 64 saylı Moskva xəstəxanasında məlum olub. Rusiya Xalqlar Dostluğu Universitetində erməni və azərbaycanlı gənclər arasında olan dava zamanı güllə yarası alan Alışov (1985-ci il təvəllüdlü) mayın 1-də bu xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Xəstəxananın baş həkiminin müavini və Azərbaycanlıların Rusiyada Federal Milli-Mədəni Muxtariyyəti "AZERROS"un (FMMM) vitse-prezidenti Cəmil Sadıxbəyovla görüşdə Alışovun pnevmatik silahdan yaralandığı və bud əzələsində qalmış qəlpənin çıxarıldığı bildirilib.

Həkimlərə istinad edən Sadıxbəyovun sözlərinə görə, Alışovun vəziyyəti orta ağır qiymətləndirilir və 3-4 günə xəstəxanadan çıxacaq.

Alışovun sözlərinə görə, o özünü yaxşı hiss edir, xəstəxananın tibbi personalının xidmətindən, həmçinin Azərbaycan səfirliyinin, diaspor təşkilatlarının, xüsusilə FMMM "AZERROS"un, Azərbaycan Gənclərinin Koordinasiya Şurasının və b. qayğısından razıdır.

Xəbər lenti

Xəbər lenti