...

2007-ci ilin aprelində Azərbaycan ərazilərinin 1,3 mln. kv.m minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S. Ağayeva/ 2007-ci ilin aprel ayında Azərbaycan ərazilərinin 1 285 725 kv.m minalardan təmizlənib. Bu barədə çərşənbə axşamı Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumatda bildirilir. Müvafiq müddət ərzində 49 786 mina və silah sursat aşkarlanaraq (PHS) zərərsizləşdirilib. Təmizləmə əməliyyatlarında 22 mina axtaran it, 156 sapyor, 15 PHS operator, 8 həkim və 100 köməkçi işçi iştirak edib.

ANAMA-nın fəaliyyəti dövründə Azərbaycanda 47 882 491 kv. m ərazi təmizlənib. Aşkarlanan və zərərsizləşdirilən minaların ümumi sayı - 216 565 olub.

2001-ci ilin sentyabrından bəri 86 bəxbəxt hadisə baş verib. Bunun nəticəsində 53 nəfər ölüb, 122 nəfər isə müxtəlif xəsarət alıb.

Qeyd edək ki, Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsindən sonra iki ölkə arasında münaqişə yaranıb. 1992-ci ildən Azərbaycan ərazilərinin 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəslə bağlı razılıq əldə ediblər. Bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar hələlik heç bir nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti