...

Azərbaycanın işğal olunan ərazilərində törədilən yanğınlarla bağlı BMT-yə müraciət edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 12:19 (UTC +04:00)
Azərbaycanın işğal olunan ərazilərində törədilən yanğınlarla bağlı BMT-yə müraciət edilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistanın Azərbaycanın işğal olunan ərazilərində ətraf mühiti çirkləndirməsi və yanğınlar törətməsi ilə bağlı BMT-nin Baş Assambleyasına müraciət edilib. Bu barədə cümə günü Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Bakıda keçirilən birinci tərəflər konvensiyasında jurnalistlərə açıqlama verərkən BMT-nin ekoloji proqramının (UNEP) vitse-prezidenti, regional direktoru Frist Şelingeman məlumat verib. Şelingemanin sözlərinə görə, Baş Assambleya bir sıra təkliflər hazırlayıb.

"Həmin təkliflər əsasında biz ümidvarıq ki, bu məsələlərə daha ciddi münasibət göstəriləcək və konkret işlər həyata keçiriləcək" - deyə Şelingeman bildirib.

Ermənilərin transsərhəd suları vasitəsilə Xəzər dənizini çirkləndirməsi barədə də məlumatlı olduğunu deyən BMT təmsilçisi bildirib ki, hazırda informasıyanın doğruluğunu sübut edərək, qərar qəbul edilməsi üçün bir sıra məlumatlar toplanır.

"Əgər hər iki ölkə razıdırsa, verilən məlumatlar əsasında ətraf mühitin qorunması ilə bağlı kömək etməyə hazırıq" - deyə Şelingeman əlavə edib.

Xəbər lenti

Xəbər lenti