...

Azərbaycanın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri cümə günü saat 13:00 başlayaraq Ağdamın işğal altında olan ərazilərində yenidən hərbi təlimlərə başlayıb. Yerli sakinlərin verdiyi məlumata görə, bir saatdan çox davam edən təlimlər Ağdamın Uzundərə adlanan ərazisində müşahidə olunub. Ermənilərin hərbi birləşmələrinin təlimlərdə ağır zirehli texnikadan istifadə etməsi nəticəsində 20-yə yaxın güclü partlayış eşidilib.

Güclü partlayış səsləri torpaq titrəməsi yaratdığı üçün qoşunların təmas xəttinə yaxın yerlərdəki fərdi yaşayış evlərində parçalanma və zədələnmə əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti