...

2007-ci ilin aprelində Azərbaycan ərazisinin təxminən 2,3 mln. kvadratmetri minasızlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/2007-ci ilin mayında Azərbaycan ərazisinin 2 306 879 kvadratmetri minasızlaşdırılıb. Bu barədə çərşənbə günü Azərbaycan Ərazilərinin Minasızlaşdırılması üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu dövr ərzində 46 024 mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub və zərərsizləşdirilib. Təmizləmə əməliyyatlarında 22 minaaxtaran it, 156 sapyor, 15 PHS operatoru, 8 təcili yardım həkimi və təxminən 100 köməkçi işçi cəlb olunub.

ANAMA-nın Azərbaycanda fəaliyyəti dövründə ərazinin 50 189 370 kvadratmetri təmizlənib. Aşkarlanmış və zərərsizləşdirilmiş mina və PHS-lərin ümumi sayı 262 589 təşkil edir.

2001-ci ilin sentyabrından 86 mina partlayışı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti