...

Nazir müavini: Bakı Minsk qrupunun rusiyalı həmsədrinin məsuliyyətə cəlb olunmasını tələb edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2007 15:33 (UTC +04:00)
Nazir müavini: Bakı Minsk qrupunun rusiyalı həmsədrinin məsuliyyətə cəlb olunmasını tələb edə bilər

Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Azərbaycan ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakovu onun Rusiyanın Qarabağı Azərbaycanın hissəsi kimi tanımaması barədə sonuncu bəyanatı ilə bağlı məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Bu barədə cümə günü Bakıda jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

Bu gün "Novosti-Armeniya" agentliyinin məlumat verdiyi kimi, rusiyalı həmsədr bu bəyanatla Ermənistanda çıxış edib. O bildirib: "Bu gün Dağlıq Qarabağ müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınmayıb. Bizim dövlət həmçinin Qarabağın müstəqilliyini tanımayıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin bu o demək deyil ki, biz Qarabağı Azərbaycanın hissəsi kimi tanıyırıq", deyə Merzlyakov bildirib.

"Əgər rusiyalı həmsədr həqiqətən də bu bəayanatı veribsə, o zaman Azərbaycan qəti etirazını bildirir və hesab edir ki, o səlahiyyətlərini aşıb", deyə Əzimov bildirib. Onun sözlərinə görə, onun beynəlxalq norma və prinsiplərə zidd olan bu cür bəyanat verməyə əsası və hüququ yoxdur.

"Bu cür bəyanat həmçinin Minsk qrupunun həmsədri olan Rusiyanın rəsmi mövqeyinə ziddir. Rusiya dəfələrlə bu mövqeyini əni yüksək səviyyədə səsləndirib", deyə nazir müavini qeyd edib.

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşü öncəsi bu bəyanatı məsuliyyətsiz və provokasiya addımı adlandıran nazir müavininin sözlərinə görə, bəyanatın təsdiq olunacağı təqdirdə Azərbaycan Merzlyakovu məsuliyyətə cəlb edəcək və müvafiq ölçülər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti