...

Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda quru otlaq sahələrini yandırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş. Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri iyunun 18-nə keçən gecə Füzuli rayonu ərazisində qoşunların təmas xəttində azərbaycanlıların yaşadığı ərazilərə yandırıcı fişənglər ataraq, quru otlaq sahələrini yandırıblar.

Füzuli rayonu Alxanlı kənd icra nümaüəndəsi Hicran Əliyevin bazar ertəsi verdiyi məlumata görə, hava küləkli olduğundan yanğınlar daha da şiddətlənərək səhər saatlarına qədər davam edib. Yanğının daha geniş sürət almaması üçün müvafiq tədbirlər görülür.

Ermənistan Silahlı Qüvvələri ötən il yay aylarında analoji yanğınlar törədiblər. Bu il isə mayın əvvəlindən yanğınlar törətməyə başlayıblar.

Xəbər lenti

Xəbər lenti