...

Baş nazirin müavini: "Dünyada qaçqın-köçkün probleminə qarşı etiraz aksiyaları keçirilməli və Ermənistana axan yardımların qarşısı alınmalıdır" (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2007 19:35 (UTC +04:00)
Baş nazirin müavini: "Dünyada qaçqın-köçkün probleminə qarşı etiraz aksiyaları keçirilməli və Ermənistana axan yardımların qarşısı alınmalıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünyada qaçqın-köçkün probleminə etiraz olaraq kütləvi aksiyalar keçirilməli və Ermənistana axan yardımların qarşısı alınmalıdır. Bu fikirləri Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çərşənbə günü bildirib.

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür. Əli Həsənov qeyd edib ki, hazırda dünyanın 45 ölkəsində qaçqın-köçkün problemi mövcuddur və bu ölkələrdə 34,5 milyon qaçqın-köçkün var. Onların 10 milyonu qaçqın, 24,5 milyonu məcburi köçkünlərdir. 34,5 milyon qaçqın-köçkünün 21 milyonu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsi altındadır.

Qaçqınkomun sədri bildirib ki, dünyada qloballaşmaya, silahlanmaya qarşı inkişaf etmiş ölkələrdə irimiqyaslı, kütləvi aksiyalar keçirilir. Amma ən böyük qlobal problemlərdən biri olan qaçqın-köçkün probleminə qarşı etiraz aksiyaları keçirilmir.

Həsənov əlavə edib ki, xarici dövlətlər erməni lobbisi tərəfindən Ermənitana axan maliyyənin qarşısını almalıdır: "Ermənistanın dövlət büdcəsinin böyük hissəsi ayrı-ayrı ölkələrdə yaşayan erməni diasporunun qeyri-qanuni yollarla qazandığı pullar hesabına formalaşır. Bizə demokratiya, hüquq dərsi keçən Qərb dövlətləri öz ölkələrində olan erməni diasporunun qeyri-qanuni yollarla əldə etdiyi gəlirlərin Ermənistana göndərilməsinin qarşısını almalıdırlar. Çünki həmin vəsaitlər azərbaycanlılara zülm verilməsinə yönəlir"-deyə Qaçqınkomun sədri bildirib.

Həsənov əlavə edib ki, Ermənistanla aparılan sülh danışıqlarında Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, ərazilərimizin itirilməsindən söhbət gedə bilməz.

Xəbər lenti

Xəbər lenti