...

Ağdam rayon sakini ermənilər tərəfindən saxlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi Ağdam rayon sakininin ermənilər tərəfindən saxlanılması barədə xəbəri təsdiqləyib. Nümayəndəlikdən bazar ertəsi Trend ə bildirilib ki, bu barədə BQXK-nin Dağlıq Qarabağ ofisi məlumatlandırılıb. Hazırda saxlanılan Azərbaycan vətəndaşı ilə görüşmək üçün BQXK-nin Bakı ofisi danışıqlar aparır. Ermənistanın "Mediamaks" agentliyinin yaydığı məlumatda bildirilir ki, iyunun 30-da Səməndər Quliyev Ağdam istiqamətində Ermənistanla Azərbaycanın silahlı qüvvələrinin təmas xəttində saxlanılıb. Saxlanılarkən Səməndər Quliyevin şəxsiyyətini təsdiq edən sənədlər üstündə olmayıb. Saxlanılan şəxs 1972-ci ildə Şuşada anadan olduğunu, Ağdamın Üçoğlan kəndində məskunlaşdığını deyib. Agentliyin məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın əlaqədar orqanları Quliyevin qarşı tərəfə keçməsinin səbəblərini araşdırır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından isə məlumatın araşdırıldığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti