...

ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş üçün İrəvan və Bakını siyasi iradə nümayiş etdirmyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 17:27 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş üçün İrəvan və Bakını siyasi iradə nümayiş etdirmyə çağırır

Dağlıq Qarabağ münaqişəsi tərəfləri son üç ildə hiss olunacaq irəliləyiş qeydə alıblar. Ermənistan və Azərbaycan rəhbərliyi fikir ayrılığının tənzimlənməsində göstərdikləri cəsarətə görə tərifə layiqdirlər. Bu barədə PanARMENIAN.Net-ə müsahibəsində ATƏT-in Minsk Qrupnun amerikalı həmsədri, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Barayza bildirib.

"Biz təəssüf edirik ki, Peterburq görüşündə heç bir irəliləyişə nail olunmayıb, amma ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Vaşinqton münaqişənin sülh yolu ilə tənzimləməsinə nail olmaq üçün danışıqlara yardım göstərməyə tərəfdar olmaqda davam edir. Biz danışıqlarda irəliləyiş olması üçün hər iki tərəfi siyasi iradə göstərməyə çağırırıq", - deyə amerikalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti