...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri çərşənbə günü səhər saat 10.55-dən 11.00-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Atəşkəsin qısa müddətli pozulması nəticəsində itki qeydə alınmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Tovuz paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti