...

Portuqaliya XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsi gələcəkdə tərəflərin tam öhdəliyi ilə həll oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2007 17:08 (UTC +04:00)
Portuqaliya XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsi gələcəkdə tərəflərin tam öhdəliyi ilə həll oluna bilər

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsi gələcəkdə cəlb olunmuş tərəflərin tam öhdəliyi ilə həll oluna bilər. Bu cür bəyanatla cümə axşamı Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edən Portuqaliya XİN rəhbəri Luis Amado çıxış edib.

Onun sözlərinə görə, Avropa Birliyi ATƏT-in Moldova, Gürcüstan və Dağlıq Qarabağ münaqişələrinin sülh yolu ilə həllindəki səyləri dəstəkləyir.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Nazirin sözlərinə görə, regional problemlərlə yanaşı Avropa Birliyi və ATƏT qlobal hədələrin qarşısında durmaq üçün əlavə yanaşma tapmalıdırlar.

Portuqaliya XİN rəhbəri bildirib ki, ATƏT daha effektiv fəaliyyət göstərmək üçün öz strukturunu təkmilləşdirməyə davam etməlidir. "ATƏT üçün hüquq fərdiyyət hazırlamaq lazımdır", - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti