...

AŞ PA məruzəçisi: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün tərəflərin iştirakı lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2007 17:48 (UTC +04:00)
AŞ PA məruzəçisi: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün tərəflərin iştirakı lazımdır

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Avropa Şurası Parlamet Assambleyasının Cənubi Qafqaz üzrə məruzəçisi Leo Platvoet hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün bütün tərəflərin iştirakı lazımdır.

Qarabağdakı qondarma prezident seçkilərini Trend ə şərh edən Platvoet söyləyib ki, Dağlıq Qarabağ heç bir dövlət tərəfindən, hətta Ermənistan tərəfindən də tanınmayıb. Beləliklə, məruzəçinin fikrincə, bu "prezident" beynəlxalq səviyyədə tanınmamış fiqur olacaq. Digər tərəfdən, Platvoet qeyd edib ki, münaqişənin həllinə bütün tərəflər, həm Dağlıq Qarabağın əhalisi, həm də Dağlıq Qarabağ qaçqınları cəlb olunmalıdır.

Məruzəçinin sözlərinə görə, Dağlıq Qarabağın "seçilən prezidenti"münaqişənin sülh yolu ilə tənzimlənməsində Dağlıq Qarabağın erməni icmasının rəhbəri rolunu oynaya bilər. Bununla belə, BMT-nin bu məsələyə dair qətnaməsinə əsasən, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti