...

İslam Konfransı Təşkilatı Dağlıq Qarabağdakı "prezident seçkiləri"ni pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2007 13:33 (UTC +04:00)
İslam Konfransı Təşkilatı Dağlıq Qarabağdakı "prezident seçkiləri"ni pisləyib

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri"ni pisləyib. Bu barədə təşkilatın yaydığı xəbərdə deyilir.

İhsanoğlu bəyan edib ki, "seçkilər" ciddi şəkildə mövcud normaları və beynəlxalq hüquq prinsiplərini pozur. Onun fikrincə, bu addımlar və onların nəticələri heç bir hüquqi effektə malik deyil.

"İKT Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tamamilə tanıyır. İKT XİN başçılarının 34 sessiyasında qəbul olunan İslamabad qətnaməsi də daxil olmaqla qurumun sənədlərinə əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü bir daha qəti şəkildə pislənilir və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması birmənalı şəkildə tələb olunur" - deyə sənəddə vurğulanır.

İhsanoğlu hesab edir ki, Dağlıq Qarabağ əhalisi üçün özünüidarəetməni nəzərdə tutan istənilən konstitusiya sənədi yalnız hüquqi, demokratik və sülh prosesi vasitəsi ilə işlənilib hazırlana bilər. Bu prosesdə bölgənin erməni və Azərbaycan icmalarından ibarət əhalisinin bütöv, bərabər və birbaşa iştirakı olmalıdır.

Xəbər lenti

Xəbər lenti