...

XİN rəhbəri: İran Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə yardım etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ İran istənilən məsələnin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də bu mövqeyə söykənir. Bu barədə İrəvanda İranın xarici işlər naziri Mənuçöhr Mottəki həmsədri olduğu Ermənistan-İran əlaqələrinin koordinasiyası üzrə hökumətlərarası komissiyanın 7-ci toplantısının yekunları üzrə bildirib.

Mottəki qeyd edib ki, həm İranın nüvə proqramı, həm də Dağlıq Qarabağ problemində məsələlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır və ehtiyac yaranacağı təqdirdə danışıq tərəflərinə yardım etməyə hazırdır. Bu barədə ARKA məlumat yayıb.

Hökumətlərarası komissiyanın toplantısında energetika, ekologiya, səhiyyə, kənd təsərrüfatı, əmək və sosial məsələlər, nəqliyyat və rabitə, həmçinin ticari-iqtsadi, elm, təhsil, mədəniyyət mövzularında olan məsələlər müzakirə olunub.

Bundan əlavə, KİV, sığorta, bank işi və hüquqi məsələlərə də baxılıb.

Toplantının yekununda"Komissiyanın 77-ci iclasının yekunlarına dair qarşılıqlı anlaşma memorandumu", "Ermənistan və Iran arasında inkişafa yardım hökumətlərarası qarşılıqlı anlaşma memorandumu", həmçinin "2007-2009-cu illərdə Ermənistan Ticarət və Iqtisadi Inkişaf Naziriliyi və İranın mədəni irs, əl işi və turizm təşkilatı arasında turizm sahəsində əməkdaşlıq proqramı" imzalanıb.

Mottəki hesab edir ki, gələcəkdə Ermənistan və İran arasında əmtəə dövriyyəsinin 1 mlrd. dollara çatması realdır. O qeyd edib ki, İran rəhbərliyi Ermənistanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq etməkdə qərarlıdır. Bununla yanaşı İran ölkəyə erməni məhsullarının idxalını prioritet hesab edir, deyə İran XİN rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti