...

Ağdamın işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2007 10:53 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Bu barədə bazar ertəsi Trend in bölgə müxbirinə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Ağdam uğrunda gedən döyüş zamanı altı mindən artıq insan şəhid olub.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Hazırda əhalinin sayında 10%-ə qədər artım var. Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.

Xəbər lenti

Xəbər lenti