...

Çin hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazır olduğunu bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2007 15:31 (UTC +04:00)
Çin hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazır olduğunu bəyan edib

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova / Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Liu Ciançao Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri"nə münasibət bildirərkən bəyan edib ki, Çin hökuməti Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edir, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnaməsini dəstəkləyir.

Çin ümid edir ki, hər iki tərəf qəbul olunmuş beynəlxalq hüquqa uyğun olaraq düzgün həllə nail olacaq. Çin münaqişənin həlli məqsədilə beynəlxalq ictimaiyyətlə konstruktiv addımlar atmağa hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəmnində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti