...

ATƏT qoşunların təmas xəttində növbəti monitorinqi keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq çərşənbə günü Azərbaycanın Qazax rayonunun Məzəmli kəndi yaxınlığındakı qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiks olacaqlar.

Son bir ayda Ermənistan Silahlı Qüvvələri Azərbaycan Milli Ordusunun Qazaxdakı mövqelərini intensiv atəşə tutublar.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti