...

Nazir: "Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü barədə hələ ki heç bir təklif irəli sürülməyib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2007 12:02 (UTC +04:00)
Nazir: "Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü barədə hələ ki heç bir təklif irəli sürülməyib"

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ BMT Baş Assambleyasının bu ilin sentyabrında keçiriləcək növbəti yığıncağında Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü barədə heç bir təklif daxil olmayıb. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Vyanada keçirilən görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə iki ölkə arasında görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər, lakin bu barədə rəsmi Bakıya konkret təklif daxil olmayıb.

Öz növbəsində prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin rəisi Novruz Məmmədov jurnalistlərə bildirib ki, BMT Baş Assambleyasının gündəliyində Azərbaycan torpaqlarının işğalı və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi dayanır.

Onun sözlərinə görə, hazırda Azərbaycan XİN-in ekspertləri müvafiq məsləhətləşmələr aparırlar və bu məsləhətləşmələrdən sonra ölkə prezidenti BMT-nin yığıncağında Bakını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti