...

Səfir: "Baronessa Koksun Dağlıq Qarabağa səfəri Böyük Britaniya parlamentində müzakirə olunacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2007 15:55 (UTC +04:00)
Səfir: "Baronessa Koksun Dağlıq Qarabağa səfəri Böyük Britaniya parlamentində müzakirə olunacaq"

Azərbaycan, Bakı/müx. Trend K.Ramazanova/ Bu gün Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov Lordlar Palatasının vitse-spikeri, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa səfəri ilə bağlı Böyük Britaniya parlamentariləri ilə görüş keçirəcək. Bu barədə Londondan telefonla səfirin özü məlumat verib.

İbrahimov bildirib ki, Böyük Britaniyanın parlament nümayəndələri və Azərbaycana səfər edən, lakin heç vaxt Dağlıq Qarabağda olmayan baronessa Koksun dostu Devid Oltonla görüşəcək.

İbrahimov həmçinin bildirib ki, səfirlik bir neçə dəfə baronessa Koksun Dağlıq Qarabağa səfəri məsələsini qaldırıb. Onun sözlərinə görə, bu səfərlər baronessanın şəxsi mövqeyini əks etdirir, Böyük Britaniya parlamenti isə bu barədə başqa fikirdədir.

Erməni mənbələrinin verdiyi məlumata görə, Dağlıq Qarabağa 63-cü səfəri çərçivəsində Böyük Britaniya parlamentinin Lordlar Palatasının vitse-spikeri iyulun 19-da keçirilən "prezident seçkiləri"ni dəstəkləyib. Bu barədə o, tanınmamış Dağlıq Qarabağ respublikasının rəbərliyi ilə görüşü zamanı bildirib.

Xəbər lenti

Xəbər lenti