...

Qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq çərşənbə günü Azərbaycanın Qazax rayonunun Məzəmli kəndi yaxınlığındakı qoşunların təmas xəttində növbəti monitorinq insidentsiz ötüşüb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin keçiriblər. Təmas xəttinin qarşı tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiks olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Son bir ayda Ermənistan Silahlı Qüvvələri Azərbaycan Milli Ordusunun Qazaxdakı mövqelərini intensiv atəşə tutub.

Xəbər lenti

Xəbər lenti