...

Metyu Brayza energetika və demokratiya məsələlərinin müzakirəsi məqsədilə Bakıya gəlir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2007 17:34 (UTC +04:00)
Metyu Brayza energetika və demokratiya məsələlərinin müzakirəsi məqsədilə Bakıya gəlir

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ Cümə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henikin verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavini Metyu Brayza Azərbaycana səfər edəcək. Azərbaycana gəlməzdən əvvəl Brayza Yerevana səfər edəcək. Həmsədrin Bakıya gələyəci gün hələ ki, dəqiqləşdirilməyib.

Brayzanın Ermənistan və Azərbaycana səfərinin məqsədi ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir. Henikin verdiyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bərabər Brayza Bakıda energetika və demokratiya məsələlərini müzakirə edəcək.

Avqustun 2-də ABŞ dövlət katibinin müavini ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti məsləhətləşmələrinin baş tutacağı Moskvada olmalıdır.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi ilə Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti