...

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yenidən yanğınlar törədiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ötən gün Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan ərazilərində təxminən saat 22:40 rədələrindən etibarən yenidən yanğınlar törətməyə başlayıblar. Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, səhər saatlarına qədər davam edən yanğın əsasən dağətəyi və dağlıq ərazilərdə yerləşən quru otlaq sahələrində baş verib. Yanğın fasilələrlə şiddətlənərək qoşunların təmas xəttinə yaxın yerləşən ərazilərinə hərəkət edirmiş. Qeyd edək ki, yanğınlar nəticəsində işğal altında olan ərazilərdə yerləşən vəhşi heyvanlar və sürünənlər yaşayış məntəqələrinə üz tutub. Bu isə kənd təsərrüfatına və maldarlığa xeyli ziyan vurub.

Xəbər lenti

Xəbər lenti