...

Iranlı politoloq:" İran-ABŞ müharibəsi qaçılmazdır".

Siyasət Materials 13 Sentyabr 2007 16:48 (UTC +04:00)
Iranlı politoloq:" İran-ABŞ müharibəsi qaçılmazdır".

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran və ABŞ rəsmilərinin bir-birinin əleyhinə ciddi təhdidləri və ABŞ-in İran-İraq sərhəddində hərbi obyektlər tikməsi yaxın gələcəkdə müharibənin baş verəcəyindən xəbər verir. "Nə qətnamələr, nə sülh müzakirələri və nə də heç bir şey İran-ABŞ müharibəsinin başlanmasına mane olmayacaq", - deyə İngiltərənin Durham universitetinin professoru, iranlı politoloq Ənuşirvan Ehteşami(Anoushirvan Ehteshami) bildirib.

Çərşənbə günü İran və ABŞ-ın yüksək vəzifəli rəsmiləri , eyni zamanda, bir-birinin əleyhinə sərt ittihamlar və hədələyici bəyanat irəli sürüblər. İranın təhlükəsizlik şurasının baş katibi Əli Laricani İran-Türkiyə neft kəmərində baş verən partlayışda Amerikanı təqsirləndirir. ABŞ-in İraqdakı səfiri Rayan Kraker və ABŞ-in İraqda hərbi qüvvələrinin komandanı, general Devid Petrius Amerika konqresində sentyabrın 10-11-də keçirilən iclasda İranın İraqda terror yaratmasının sübutlu faktlarının aşkarlandırdıqlarını bilidrib. ABŞ, İran-İraq sərhəddində hərbi baza yaradacağını bildirib.

İranlı politoloq cümə axşamı Londondan Trend ə telefonla bildirib ki, İran-ABŞ müharibəsi qaçılmazdır: "ABŞ hazırda Fransa kimi daha bir güclü və nüfuzlu müttəfiq tapıb. Fransa prezidenti Nikola Sarkozi İrana qarşı, hətta Corc Buşdan da sərt mövqe tutub. Bundan əlavə, Buş bir ildən artıqdır ki, ABŞ-ın müdafiə nazirinə İranın bütün hərbi və nüvə obyektlərinin dəqiqləşdirilməsini əmr edib".

"Bağdad şəhərində iki ölkə arasında müzakirələr, həmçinin MAQATE-nin BMT Təhlükəsizlik Şurasına İranın nüvə proqramları ilə bağlı verdiyi məruzənin müsbət olduğuna rəğmən, Amerika İranın İraqda terror törətdiyi barədə bu günlər danılmaz faktlar və sübutlar aşkar edib"- deyə, Ehteşami bildirib.

İranlı politoloq bildirib:" İraqda terror törətməkdən əlavə, İranın nüvə bombasına yiyələnmək məqsədi barədə ABŞ konkret qərara gəlib. Məncə ,İran və ABŞ müzakirələrdən, sülhdən danışsalar da, ciddi şəkildə vazkeçilməz bir müharibəyə hazırlaşırlar".

ABŞ prezidenti İran probleminin həllini özündən sonra gələn prezidentə qoymayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti