...

Azərbaycanlı sülhməramlıların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlanır

Siyasət Materials 17 Sentyabr 2007 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir,İ.Əlizadə /Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında Azərbaycandan xaricə göndərilən sülhməramlı qüvvələrin fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlanır. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri, millət vəkili Əli Hüseynov məlumat verib.

Azərbaycan hərbçiləri Kosovo, Əfqansıtan və İraqda sülhyaratma əməliyyatlarında iştirak etsələr də, onların fəaliyyətini tənzimləyən qanun yoxdur. Bu məsələ Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla tənzimlənir.

"Azərbaycan dövlətinin sülhyaratma əməliyyatlarında iştirakı haqqında" adlanan qanun layihəsinin hazırlanması zamanı MDB-nin və Ukraynanın eyni adlı qanunlarından istifadə olunub.

"Qanun layihəsinin hazırlanmasında məqsəd azərbaycanlı sülhməramlı qüvvələrin xaricə göndərilməsinə ictimai nəzarəti təmin etmək, sülhməramlı qüvvələrin tərkibində kimlərin iştirak etməsi və sülhməramlıların hüquq və vəzifələrini qanunla tənzimləməkdir", -deyə Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti