...

Demokratiya Uğrunda İttifaq müxalifətin təkliflərini qəbul etməyib

Siyasət Materials 17 Sentyabr 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq (DUİ) digər müxalifət partiyaları tərəfindən gələn yeni birlik yaratmaq təkliflərini qəbul etməyib. Bu barədə İttifaqda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bazar ertəsi Trend ə açıqlamasında bildirib.

İttifaqda üç müxalifətçi partiya - Klassik Xalq Cəbhəsi, Milli Demokratiya və Azadlıq partiyaları təmsil olunur. Orucun sözlərinə görə, bir sıra partiyalar İttifaq üzvləri ilə ayrı-ayrılıqda danışıqlar aparır, onlara şirnikləndirici təkliflər verir, həmçinin, DUİ-nin perspektivinin olmadığını iddia edirlər. Azadlıq Partiyası sədrinin dediyinə görə, özlərini demokratik düşərgənin aparıcı qüvvəsi kimi təqdim edən həmin partiyalar İttifaqın fəaliyyətinin dayandırılmasında maraqlıdır: "Milli demokratik düşərgəni özlərinin kalonu hesab edən partiyalar nə beynəlxalq donor təşkilatlara, nə Azərbaycan ictimaiyyətinə özlərini ciddi qüvvə kimi göstərə bilmirlər. Ona görə də hesab edirlər ki, DUİ olmasa, müxalifətin yeganə real qüvvəsi sayıla bilərlər"-deyə partiya sədri bildirib.

O, əlavə edib ki, üç təsisçi partiya İttifaqın dağılmaması üçün digər birliklərə qoşulmaq təkliflərindən imtina edirlər. Hətta İttifaqa qoşulmaq istəyən başqa partiyaların müraciətlərinə baxmırlar: "Çünki İttifaqın dağılmasını istəyən qüvvələr bizim sıramıza daxil olacaq yeni partiyalardan bu məqsəd üçün istifadə edəcəklər, onların vasitəsilə bizim aramızda çaxnaşma yaratmağa çalışacaqlar"-deyə Oruc bildirib.

O, ittiham etdiyi partiyaların adlarını çəkməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti